...

Britaniyalı millət vəkili: Məcburi köçkünlərin öz evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2013 14:28 (UTC +04:00)
Məcburi köçkünlərin öz evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır.
Britaniyalı millət vəkili: Məcburi köçkünlərin öz evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend, müxbir S.Əhmədova /

Məcburi köçkünlərin öz evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Leyboristlər Partiyasından olan millət vəkili Jerri Sutkliff Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sualına cavab olaraq bildirib.

Jerri Sutkliff bildirib: "Artıq Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğalından 20 il ötür. Aydın məsələdir ki, münaqişənin həllində az irəliləyiş olub".

Britaniyalı millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi toxunulmazlığı prinsipinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən həll edilməsinə daha çox səy göstərilməlidir: "Azərbaycanda bir milyona yaxın məcburi köçkün var və mən Azərbaycana səfərim zamanı onları öz gözlərimlə görmüşəm. Bu insanların öz doğma evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti