...

Təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2013 17:17 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.
Təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 25 -də Azərbaycanın Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svidberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti