...

Anjey Kasprşik və səhra köməkçiləri xəbərdarlıq edildikdən sonra monitorinq mövqeyinə gəliblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2013 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq gecikmə ilə baş tutub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinq başlamazdan əvvəl monitorinqi təmas xəttinin qarşı tərəfindən keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov müəyyən olunmuş mövqeyə çıxmayıblar.

Ancaq tərəflər xəbərdarlıq edildikdən sonra monitorinq baş tutmuş və insidentsiz bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti