...

Məşhur italyan müğənninin adı Azərbaycan XİN-in "qara siyahısı"ndan çıxarıldı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2013 17:37 (UTC +04:00)
Məşhur İtaliya müğənnisi Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "arzuolunmaz şəxslərin siyahısı"ndan çıxarılıb.
Məşhur italyan müğənninin adı Azərbaycan XİN-in "qara siyahısı"ndan çıxarıldı

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir S.Ağayeva/

Məşhur İtaliya müğənnisi Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "arzuolunmaz şəxslərin siyahısı"ndan çıxarılıb. Onun adı həmin siyahıya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz səfər etməsinə görə salınmışdı.

Trend-in məlumatına görə, bu addım müğənninin Azərbaycan tərəfinə müvafiq xahişlə müraciətindən sonra atılıb.

Müğənni öz məktubunda adının "arzuolunmaz şəxslərin siyahısı"na salınmasından təəssüfləndiyini ifadə edib, Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatsız olduğunu və Azərbaycana dərin hörmət və rəğbətini qeyd edib.

Al Bano məktubunda səfərinin heç bir siyasi məqsəd daşımadığını bildirib.

Həmçinin, məktubun müəllifi qeyd edib ki, Azərbaycana yenidən gəlmək və öz musiqisini gözəl Azərbaycan xalqına təqdim etmək onun üçün şərəf olardı.

Qeyd edək ki, dekabrın 18-də Bakıda "Crystal Hall"da "San-remo" festivalının iştirakçıları və qalibləri Al Bano, "Ricci e Poveri" qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Ruro, Matia Bazar, Fiordaliso, İvana Spanyani ilk dəfə çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti