...

Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2013 09:42 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozulub

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozulub.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti