...

Ağdam, Xocavənd və Cəbrayıl istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2013 12:05 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ağdam, Xocavənd və Cəbrayıl istiqamətlərində atəşkəs rejimi pozulub

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Ağdam, Xocavənd və Cəbrayıl istiqamətlərində atəşkəs rejimi pozulub.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti