...

Seulun ictimai nəqliyyat vasitələrinin üzərində Xocalı soyqırımının ildönümü ilə bağlı posterlər yerləşdirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2014 15:28 (UTC +04:00)
Seulun ictimai nəqliyyat vasitələrinin üzərində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı posterlər yerləşdirilib.
Seulun ictimai nəqliyyat vasitələrinin üzərində Xocalı soyqırımının ildönümü ilə bağlı posterlər yerləşdirilib (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Seulun ictimai nəqliyyat vasitələrinin üzərində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı posterlər yerləşdirilib.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində səfirliyi tərəfindən 15 fevral - 14 mart 2014-cü il tarixlərində "Xocalıya ədalət" adı altında və www.justiceforkhojaly.org və www.khojaly.or.kr internet saytlarında əks olunan posterlər bir ay müddətinə Koreyanın paytaxtı Seul şəhərində müxtəlif istiqamətlər üzrə hərəkət edən ictimai nəqliyyat vasitələrinin (avtobusların) üzərində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti