...

Möhsün Pakayin: Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2014 11:27 (UTC +04:00)
"Qoşulmamaq Hərəkatı" Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər. Trend-in məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranın "Fars" agentliyinə müsahibəsində deyib.
Möhsün Pakayin: Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Cəfərov/

"Qoşulmamaq Hərəkatı" Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər. Trend-in məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranın "Fars" agentliyinə müsahibəsində deyib.

O, qeyd edib: "Düşünürəm ki, İranın regiondakı siyasi nüfuzu və Qoşulmama Hərəkatındakı sədrliyi bölgədə sülhün təmin edilməsinə və Qarabağ münaqişəsinin həllinə təsir edə bilər".

M.Pakayin bildirib ki, ATƏT-in Minsk qrupu ötən 20 il ərzində göstərib ki, Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Fikrimcə, ixtilafları və münaqişənin şəraitini özündə əks etdirən böyük bir plan və yol xəritəsinin hazırlanması ilə tərəflər arasında razılaşma yaratmaq və vasitəçilikdə yeniliklər etməklə Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkündür".

Qeyd edək ki, İran bundan öncə də dəfələrlə bildirib ki, əgər münaqişə tərəfləri istəyərsə, İran Dağlıq Qarabağ probleminin həllində vasitəçilik etməyə və problemin həllinə yardım etməyə hazırdır.

Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb. Azərbaycan 2011-ci ildən Qoşulmamaq Hərəkatının tamhüquqlu üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti