...

ATƏT-in cəbhə xəttindəki növbəti monitorinqi insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2014 13:04 (UTC +04:00)
ATƏT-in cəbhə xəttindəki monitorinqi baş tutub.
ATƏT-in cəbhə xəttindəki növbəti monitorinqi insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

ATƏT-in cəbhə xəttindəki monitorinqi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti