Azərbaycan, Bakı, 3 avqust /Trend/
ATƏT sədri və ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində son hadisələrdən narahat olduqlarını bildirib və gərginliyin aradan qaldırması üzrə tədbirlər görməyə çağırıblar. Trend təşkilatın press-relizinə istinadən bu barədə məlumat verir.
Həmsədrlər həmçinin həlak olanların ailələrinə başsağlığı veriblər.
Məlumata görə, onlar həmçinin Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar missiyasını yerinə yetirən avtomobilinin atəşə tutulmasından narahatlıqlarını bildiriblər.
Həmsədrlər beynəlxalq təşkilatın nümayəndələrinə hücumu pisləyib və qeyd ediblər ki, belə hərəkətlər Cenevrə konvensiyasına ziddir.
"ATƏT Azərbaycan və Ermənistan prezidentlərini münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqları bərpa etməyə çağırıb, bu regionun sülh əldə etmək üçün yeganə üsuludur", - məlumatda deyilir.
Ermənistanın baş naziri Ovik Abramyan şənbə günü bildirib ki, avqustun 8-9-da Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək.