...

Müdafiə Nazirliyi: Cəbhədə atəşkəs rejimi 128 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2014 09:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 128 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə biuldiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Barekamavan, Dovex, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Sarıcalı, Kəngərli, Mərzili, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti