...

Elmar Məmmədyarov və ABŞ dövlət katibinin köməkçisi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2014 10:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar.

Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və global məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti