...

Vladimir Jirinovski: Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli Rusiyanın xeyrinədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2014 17:06 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir.
Vladimir Jirinovski: Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli Rusiyanın xeyrinədir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir. Trend-in məlumatına görə, bunu cümə günü Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakı Slavyan Universitetinin tələbləri qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması Azərbaycan və Ermənistan xalqlarına da fayda verəcək: "Münaqişənin artıq həll edilməli olduğu barədə anlayış mövcuddur, bunu isə dövlət başçıları səviyyəsində həll etmək lazımdır".

Rusiya-Azərbaycan münasibətlərindən danışan V.Jirinovski qeyd edib ki, bu əlaqələr çox yaxşı səviyyədədir: "Münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün böyük potensial var".

Dövlət Dumasının deputatı əlavə edib ki, Rusiya Azərbaycandan indikindən üç dəfə çox məhsul ala bilərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti