...

Oqtay Əsədov: Avropa Parlamentində qondarma "DQR" ilə dostluq qrupu yaradılması barədə yayılan məlumatlar tamamilə yalandır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2014 12:58 (UTC +04:00)
Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılmasına dair qərar qəbul edilməsi barədə yayılan məlumatlar tamamilə yalandır.
Oqtay Əsədov: Avropa Parlamentində qondarma "DQR" ilə dostluq qrupu yaradılması barədə yayılan məlumatlar tamamilə yalandır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılmasına dair qərar qəbul edilməsi barədə yayılan məlumatlar tamamilə yalandır. Trend-in məlumatına görə, bu barədə Milli məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

Spiker bildirib: "Mən tapşırıq verdim, bütün saytları yoxladılar, Avropa saytlarında rəsmi olaraq belə bir qərar yayımlanmayıb".

O.Əsədov qeyd edib ki, bununla bağlı məlumatı yalnız erməni saytları yayır.

Spiker əlavə edib ki, hazırda dünyada ədalət prinsipi yoxdur: "Biz artıq görürük ki, dünyada ədalət prinsipi yoxdur, hansı böyük gücə, hansı böyük qüvvəyə nə əl verir, onu edir. Dağlıq Qarabağ məsələsi də hər dəfə bir qurum, bir dövlət tərəfindən oyuncaq kimi istifadə edilir. Biz buna da hazır olmalıyıq. Ancaq biz də bu məsələdə daha aktiv olmalıyıq. Dağlıq Qarabağın azərbaycanlı icması da bu işdə xüsusən fəal olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti