...

Mərkəzi Bankdan "MasterCard Worldwide"ın Dağlıq Qarabağı Ermənistanın daxilində göstərməsi məsələsinə reaksiya gəldi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2014 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Azad Həsənli/

"Cari ilin əvvəlində "MasterCard Worldwide" təşkilatının veb səhifəsində Dağlıq Qarabağ ərazilərinin Ermənistanın daxilində göstərilməsi Azərbaycan Mərkəzi Bankı tərəfindən aşkar olunaraq təşkilatın rəhbərliyinə ciddi irad bildirilib və qısa zaman ərzində anlaşılmazlıq aradan qaldırılıb".

Bu barədə Trend-ə "MasterCard" Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi göstərir. Mərkəzi Bank bundan xəbərdardırmı? Əgər xəbərdardırsa, indiyədək bunun qarşısı niyə alınmayıb?" suala cavabda Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, təşkilat tərəfindən verilən məlumata görə hazırda bu məsələ texniki səbəblərə görə yaranmış və Mərkəzi Bankın növbəti müraciəti əsasında artıq aradan qaldırılıb:

"Ümumiyyətlə, Mərkəzi Bank tərəfindən "MasterCard"a hər hansı etiraz göndərilibmi? Əgər indiyədək etiraz edilməyibsə, bundan sonra hansı addımlar atacaqsınız?" suala cavabda isə bankdan bildiriblər ki, ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı məsələlər mütəmadi olaraq Mərkəzi Bankın diqqət mərkəzindədir: "Belə ki, son illərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra pulköçürmə təşkilatlarının Mərkəzi Bankın icazəsi olmadan həmçinin Qarabağda fəaliyyət göstərməsi aşkar olunaraq qarşısı alınıb. Eyni zamanda, bu istiqamətdə "VISA Inc." və "MasterCard Worldwide" beynəlxalq kart təşkilatlarına da rəsmi müraciət olunub və məsələnin ciddi nəzarət altında saxlanılması tapşırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti