...

Rusiya Azərbaycan və Ermənistanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 16:46 (UTC +04:00)
Rusiya Azərbaycan və Ermənistanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırır.
Rusiya Azərbaycan və Ermənistanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Rusiya Azərbaycan və Ermənistanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırır. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç bu gün mətbuat konfransında deyib.

A.Lukaşeviç qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsi zonasında insanların ölümünə səbəb olmuş insidentdən olduqca narahatıq. Rusiyanın mövqeyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin 12 noyabr tarixli bəyanatında əks olunub. Münaqişə tərəflərinə müraciət edərək onları regionda gərginliyin eskalasiyasına aparan addımlardan qətiyyətlə çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərliklərinə Soçi, Nyu Port və Paris görüşlərində münaqişənin dinc həlli yolunun axtarışı üzrə üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsində məsuliyyət daşıdıqlarını xatırladırıq".

Onun sözlərinə görə, Rusiya Minsk qrupunun digər həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəflərə yardım göstərilməsində məqsədyönlü səylərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti