...

ATƏT-in Minsk qrupu helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildirib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2014 23:59 (UTC +04:00)
Helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir
ATƏT-in Minsk qrupu helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildirib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycanın hərbi qüvvələri tərəfindən vurulan helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər. Trend ATƏT-in saytında yerləşdirilmiş bəyanata istinadən bu barədə məlumat verir.

Bəyanatda verilən məlumata görə, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir.

Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Minsk qrupunun bəyanatında belə deyilir: "Biz tərəfləri helikopterin qəzaya uğradığı ərazidə atəşi dayandırmağa, bu ərazini minalardan təmizləməyə çağırırıq".

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Trend bundan əvvəl bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdamda Azərbaycan hərbçiləri tərəfindən vurularaq məhv edilmiş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazini mütəmadi olaraq atəşə tutur, müxtəlif təxribatlar törədir. Bu atəşlərinin qarşılığında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmaq məcburiyyətində qalır. Sonra isə ermənilər bütün dünyaya bəyan edirlər ki, guya meyitlərini ərazidən çıxara bilmirlər.

Bəyanatda daha sonra qeyd edilir: "Biz ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin bölgədə olmasını qeyd edir, tərəfləri helikopterin qəzaya uğradığı əraziyə girişi təmin etməyə çağırırıq. Biz noyabrın 12-də etdiyimiz bəyanatı bir daha təsdiq edirik, tərəflərə münaqişənin sülh yolu ilə həll edilməsi üçün onların atəşkəsin qorunması ilə bağlı, Soçidə, Nyuportda və Parisdə üzərlərinə götürdükləri məsuliyyəti xatırladırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti