Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/
"Dağlıq Qarabağda erməni helikopterinin vurulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də, ABŞ Dövlət Departamenti də münasibət bildirib. Biz bu helikopterin vurulmasına səbəb olan hadisələrə görə təəssüflənirik".
Trend xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bu gün jurnalistlərə açıqılamasında deyib.
D.Hoqan qeyd edib ki, ABŞ tərəfləri münaqişəni dinc yolla nizamlamağa çağırır: "Prezidentlərin Soçidə, Uelsdə və Parisdə keçirilən görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu. Biz tərəfləri bu razılaşma və irəliləyişləri davam etdirməyə, bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq".