...

Fərəc Quliyev: Azərbaycanın erməniləri istənilən formada susdurmaq üçün imkanları var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2015 16:23 (UTC +04:00)
“Ermənistanın pilotsuz uçan aparatının Azərbaycan ərazisinə soxulması və Silahlı Qüvvələrimiz tərəfindən vurulması əvvəla onu göstərir ki, Ermənistan atəşkəs rejimini pozmaqla bir neçə məsələyə diqqəti yönəltmək istəyir”.
Fərəc Quliyev: Azərbaycanın erməniləri istənilən formada susdurmaq üçün imkanları var

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistanın pilotsuz uçan aparatının Azərbaycan ərazisinə soxulması və Silahlı Qüvvələrimiz tərəfindən vurulması əvvəla onu göstərir ki, Ermənistan atəşkəs rejimini pozmaqla bir neçə məsələyə diqqəti yönəltmək istəyir". Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev deyib.

O, qeyd edib ki, birincisi, Ermənistan hakimiyyəti diqqəti ölkə daxilindəki çox ağır ictimai-siyasi gərginlikdən cəbhə xəttinə yönəltmək istəyir: "İkinci məsələ isə budur ki, danışıqlar prosesini pozub status-kvonu saxlamaq istəyirlər".

F.Quliyev vurğulayıb ki, amma hər halda nəticə olaraq bir daha müəyyən oldu ki, Azərbaycan Silahlı Qüvvələri bütün imkanlara malikdirlər və ermənilərin Azərbaycan ərazisində hər hansı hərəkətləri olacaqsa, cavablarını alacaqlar: "Bundan əvvəl Ernmənistan hərbi helikopterinin vurulması, indi də uçan aparatın vurulması onu göstərir ki, Azərbaycan tərəfinin erməniləri istənilən formada susdurmaq üçün imkanları var və onlar bunu nəzərə almalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti