...

Müdafiə Nazirliyindən xəbərdarlıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2015 16:20 (UTC +04:00)
Fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.
Müdafiə Nazirliyindən xəbərdarlıq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İlkin İzzət/

Fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, düşmən Silahlı Qüvvələrimizin mövqeləri ilə yanaşı, dinc əhalini, sakinlərə məxsus evləri və digər tikililəri də hədəfə çevirib. Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib. Bir nəfər kənd sakini yaralanıb: "Ermənistan SQ-nin rəhbərliyi beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri, mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla provokasiyaya çəkmək məqsədi güdür".

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər olmayıb: "Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən məsuliyyət daşımalı və ordumuzun ermənilərin hərbi hədəflərinin məhv edilməsi məqsədilə görəcəyi cavab tədbirləri daha ciddi, qətiyyətli və amansız olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti