Hərbi Prokurorluq: Erməni kəşfiyyat-təxribat qrupunun üzvü barəsində həbs qətimkan tədbiri seçilib

Hərbi Prokurorluq: Erməni kəşfiyyat-təxribat qrupunun üzvü barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Ordusu tərəfindən 2014-cu ilin sonlarında yaxalanan erməni kəşfiyyat-təxribat qrupunun üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan hərbi qulluqçuları tərəfindən yaxalanıb. Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7, 29,120.2.12 və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Ermənistanda xüsusi təlim keçən A.E.Baqdasaryan Ermənistan tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikasının işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən silahlı cinayətkar birliyin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün 1-ci tağım komandiri vəzifəsində fəaliyyət göstərib. O, birliyin rəhbəri - hərbi hissə komandirindən (adı istintaqa bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstəriş alıb. Bu məqsədlə A.E.Baqdasaryan cinayətkar birliyin digər üzvləri (onların ad-familiyası istintaqa bəllidir) ilə birlikdə 26 dekabr 2014-cü il tarixdə saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçib, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas" tipli piyada əleyhinə minadan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında basdırdıqdan sonra geri qayıtmaq istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində tutulub və onun tərəfindən basdırılmış minalar zərərsizləşdirilib.

İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə A.E.Baqdasaryanın üzərindən götürülmüş soyuq silah və digər əşyalara, eləcə də onun torpağa basdırdığı minalardan birinə, həmçinin digər iki ədəd minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin olunub və şahidlər dindirilib.

Törətdiyi cinayətlərə görə A.E.Baqdasaryana Azərbaycan Respublikası CM-in 218.2, (cinayətkar birlik - təşkilatda iştirak etmə) 29,120.2.1, (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə) 29,120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə) 29,120.2.12, (milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə) və 29,282.2-ci (təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin, dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan olunub və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

A.E.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.

Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq qanuni tədbir görüləcək.

Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Loading Bars
Xəbər lenti
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
Bütün xəbərlər