...

Latviya XİN-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı mövqeyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2015 16:07 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət və Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirlər.
Latviya XİN-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı mövqeyi

Latviya, Riqa, 13 fevral /Trend, müxbir Yelena Kosolapova/

Beynəlxalq ictimaiyyət və Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirlər. Bunu Trend-ə Latviya Xarici İşlər Nazirliyinin Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı məsələləri üzrə səfiri Yuris Poykans Riqadakı "Şərq tərəfdaşlığı" Gənclər Forumunun kuluarlarında deyib.

O, qeyd edib: "Biz Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü dəstəkləyirik. Beynəlxalq ictimaiyyət və Aİ-nin bu məsələ üzrə dəqiq mövqeyi var".

Y.Poykans bildirib ki, dəfələrlə Bakıda olub və Dağlıq Qarabağ probleminin Azərbaycan üçün nə qədər vacib olduğunu anlayır: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün platformanı təmin edə və müəyyən stimullardan istifadə edə bilər. Lakin tərəflərdən birinə hər hansı həll yolunu məcburi qəbul etdirmək hüququna malik deyil. Yekunda münaqişə tərəfləri həll yolunu tapmalıdırlar. Beynəlxalq ictimaiyyət ümumilikdə platforma (onun nizamlanması üçün) təqdim edə bilər".

Səfir əlavə edib ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun fəaliyyəti indiyədək nəzərəçarpacaq nəticə verməyib: "Minsk qrupu formatının dəyişdirilməsinə gəlincə, bu qərarı münaqişə tərəfləri qəbul etməlidir".

Diplomatın sözlərinə görə, bu il fevralın sonunda Bakıya səfər etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti