...

Rusiya XİN: Təmas xəttində gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yaxınlaşdırmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2015 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Anaxanım Hidayətova

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini yaxınlaşdırmır.

Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə deyib.

Onun sözlərinə görə, qoşunlarının təmas xəttində baş verənlər təşviş yaradır və ATƏT-in bütün iştirakçı dövlətlərinin çalışdığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yaxınlaşdırmır: "Rusiya münaqişənin nizamlanmasında aktiv rol oynayır və bu, təkcə həmsədrlər deyil, həm də ikitərəfli təmaslarda edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti