...

Xocalı faciəsi haqqında tamaşa italyan aktyorlar tərəfindən səhnələşdirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2015 15:11 (UTC +04:00)
İtaliyanın Milan şəhərinin ən böyük teatrlarından birində - "Teatro Filodramattici"-də Xocalı facisəni təkcə bir epizodla, amma dəhşəti tam əks etdirən "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək.
Xocalı faciəsi haqqında tamaşa italyan aktyorlar tərəfindən səhnələşdirilib (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/

İtaliyanın Milan şəhərinin ən böyük teatrlarından birində - "Teatro Filodramattici"-də Xocalı facisəni təkcə bir epizodla, amma dəhşəti tam əks etdirən "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək. Tamaşanı tanınmış italyan aktyorlar hazırlayıb. Tamaşa italyan dilində olacaq.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşəcək tamaşanın elanları bütün Milanda 2 həftədir yayılır.

Dünən səhərdən isə Milan şəhər nəqliyyatına məxsus 166 nəqliyyat vasitəsi xəttə (avtobus və tramvaylar) Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti