...

Xocalı faciəsi Milan avtobuslarında (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2015 22:00 (UTC +04:00)
Milan şəhər nəqliyyatına məxsus 166 nəqliyyat vasitəsi xəttə (avtobus və tramvaylar) Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar.
Xocalı faciəsi Milan avtobuslarında (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Milan şəhər nəqliyyatına məxsus 166 nəqliyyat vasitəsi xəttə (avtobus və tramvaylar) Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar. Trend bununla bağlı görüntüləri təqdim edir.

Qeyd edək ki, fevralın 24-də İtaliyanın Milan şəhərinin ən böyük teatrlarından birində - "Teatro Filodramattici"-də Xocalı facisəni təkcə bir epizodla, amma dəhşəti tam əks etdirən "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək. Tamaşanı tanınmış italyan aktyorlar hazırlayıb. Tamaşa italyan dilində olacaq.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşəcək tamaşanın elanları bütün Milanda 2 həftədir yayılır.

Xəbər lenti

Xəbər lenti