...

Tbilisidə Ermənistan səfirliyinin qarşısında Azərbaycan bayrağı qaldırılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 17:32 (UTC +04:00)
Tbilisidə “Xocalıya ədalət” aksiyası keçirilib.
Tbilisidə Ermənistan səfirliyinin qarşısında Azərbaycan bayrağı qaldırılıb (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib.

İslam Konfransı Gənclər Forumundan Trend-ə verilən məlumata görə, Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Gürcüstanda "Xocalıya ədalət" kampaniyası çərçivəsində Tbilisidə çoxsaylı azərbaycanlı və gürcü gənclərin, ziyalıların, dövlət məmurları, QHT və ictimayyət nümayəndələrinin iştirakı ilə yürüş keçirilib.

İştirakçılar əllərində plakatlar və "Xocalıya ədalət" yazıları ilə parlamentin köhnə binasına doğru yürüş ediblər. Burada aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə "Xocalıya ədalət!", "Qarabağa azadlıq!", "Müharibə istəmirik!", "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!", "İşğalçı Ermənistan dövlətinə lənət!", "Xocalı - əsrin soyqırımı!" , "Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun", "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır" kimi şüarlar səsləndirilib.

Gün ərzində gənclər şəhərdə sakinlərə və şəhər qonaqlarına Xocalı qətliamı haqqında çap olunmuş bukletlər paylayaraq əhalini Xocalı hadisələri barədə məlumatlandırıblar.

Sonra yürüş iştirakçıları Azərbaycan və Gürcüstan bayraqları ilə Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Səfirlik qarşısında təşkil olunan etiraz aksiyasında iştirakçılar "Xocalıya ədalət!", "Cinayətkarlara ölüm!" şüarları səsləndirərək Xocalı soyqırımı cinayətkarlarının cəzalandırılmasını tələb ediblər. 200-dək aksiya iştirakçısının imzaladığı bəyanat Ermənistan səfirliyinin nümayəndəsinə təqdim edilib.

AMM-nin sədri çıxışında hər il olduğu kimi, bu il də "Xocalıya ədalət" kampaniyası çərçivəsində Gürcüstanın 10-a yaxın böyük şəhərində tədbirlərin, aksiyaların, konfransların keçirildiyini, bunun nəticəsində gürcü ictimayyətinin Xocalı soyqırımı haqqında geniş məlumat əldə etdiyini bildirib.

Qeyd edək ki, aksiyaya gürcü gənclər və ziyalılar da qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti