...

XİN Qerman Sterliqovun Dağlıq Qarabağa qanunsuz səfərini araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2015 14:21 (UTC +04:00)
Qerman Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi faktı hal-hazırda araşdırılır.
XİN Qerman Sterliqovun Dağlıq Qarabağa qanunsuz səfərini araşdırır

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Səba Ağayeva/

Qerman Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi faktı hal-hazırda araşdırılır. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının Qanununu pozub: "Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti