...

Azərbaycan Ermənistanın daha bir pilotsuz uçan aparatını məhv etdi (FOTO+VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2015 19:02 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib.
Azərbaycan Ermənistanın daha bir pilotsuz uçan aparatını məhv etdi (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "DJI Inspire1" (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Xatırladaq ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti