...

Polad Bülbüloğlu: Kazarnovskaya Dağlıq Qarabağa getməklə bütün normaları pozdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2015 17:03 (UTC +04:00)
Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya qondarma "Dağlıq Qarabağ respublikası"na səfər etməklə bütün mövcud beynəlxalq normaları pozdu.
Polad Bülbüloğlu: Kazarnovskaya Dağlıq Qarabağa getməklə bütün normaları pozdu

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Səba Ağayeva/

Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya qondarma "Dağlıq Qarabağ respublikası"na səfər etməklə bütün mövcud beynəlxalq normaları pozdu. Trend-in məlumatına əsasən, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir qeyd edib ki, Azərbaycan hökumətinin bu qərarı nəinki yaradıcılığına hörmət etdiyimiz L.Kazarnovskayaya, eyni zamanda, peşəsindən asılı olmayaraq beynəlxalq normaları pozan hər kəsə aid edilir.

P.Bülbüloğlu əlavə edib ki, tanınmamış ərazilərə - Dağlıq Qarabağ isə Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayıb - səfər etmək yalnız müvafiq ölkə hökumətinin, indiki halda Dağlıq Qarabağı heç vaxt tanımayan Azərbaycan hökumətinin icazəsi ilə həyata keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti