...

Uorlik: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun tərəqqisinə səbəb olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2015 15:20 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanması uzun illərdir münaqişədən əziyyət çəkən regiona sülh və tərəqqi gətirəcək.
Uorlik: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun tərəqqisinə səbəb olacaq

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanması uzun illərdir münaqişədən əziyyət çəkən regiona sülh və tərəqqi gətirəcək.

Trend-in məlumatına görə, bu bərədə Armenpress-ə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bilikdə ilin sonuna qədər ölkə prezidentlərinin görüşünün təşkili üçün çalışdığını qeyd edib: "Görüşdə prezidentlərin münaqişənin nizamlanmasının əsas elementlərini müzakirə edəcəyini gözləyirik".

C.Uorlik, həmçinin qarşıdakı görüşün dialoqun fəallaşmasına yeni stimul verəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti