...

Ann Brassör: Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq lazımdır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2016 14:19 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq lazımdır. Trend-in məlumatına görə, bunu AŞ PA-nın rəhbəri Ann Brassör AŞ PA-nın Strasburqda keçirilən növbəti sessiyasında çıxış edərkən deyib.

O bildirib: "Biz münaqişənin həllini tapmalıyıq, o, neçə ildir davam edir, amma irəliləyiş yoxdur".

A.Brassör qeyd edib ki, sessiyada debatlar tənzimlənmə üzrə irəliləyişlərə kömək edə bilər.

A.Brassör əlavə edib ki, AŞ PA bu münaqişədə kiminsə tərəfini tutmur: "Biz münaqişənin həllini tapmalıyıq və hər iki tərəfin hüququnu təmin etməliyik. Qarşılıqlı ittihamlar səslənənədək həll yolu tapılmayacaq. Hər iki tərəfdən qurbanların olması yolverilməzdir".

Qeyd edək ki, AŞ PA-nın qış sessiyası zamanı Azərbaycan üzrə iki məruzənin müzakirəsi keçiriləcək.

Sessiyanın gündəliyindəki məsələlər sırasında "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın eskalasiyası haqqında" və "Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib" adlı məruzələrə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti