Bakı. Elmira Tariverdiyeva - Trend:
Ermənistan işğalçıdır, qaranı ağ göstərir və AŞ PA-nın məruzəçiləri Markoviç və Uolterin hesabatlarında göstərilmiş faktları inkar etməyə çalışır. Trend-in məlumatına görə, bunu Milli Məclisin AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov Strasburqda AŞ PA-nın sessiyasına Azərbaycan üzrə hesabatların dinlənilməsi zamanı deyib.
R.Hüseynov deyib ki, Ermənistanın hərəkəti regionun Azərbaycan əhalisinin əziyyət çəkməsinə məcbur edir və məruzəçilər qərəzsizdirlər, onlar hər iki tərədə kömək etməyə çalışır, lakin Ermənistan həqiqətləri görmək istəmir.
O bildirib ki, Ermənistan sadəcə reallıq hissini itirib, hərçənd onun üçün hər iki məruzəni sakit oxumaq və zəruri nəticələri çıxartmaq faydalı olardı.
Sessiyanın gündəliyindəki məsələlər sırasında "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın eskalasiyası haqqında" və "Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib" adlı məruzələrə baxılır.