...

Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2016 12:39 (UTC +04:00)
Rusiya Prezidenti martın 10-da Moskvada ermənistanlı həmkarı Serj Sarkisyanla görüşəcək.
Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Trend:

Rusiya Prezidenti martın 10-da Moskvada ermənistanlı həmkarı Serj Sarkisyanla görüşəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın əsas mövzularının, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, liderlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə diqqət ayıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti