Bakı. Elmira Tariverdiyeva - Trend:
Azərbaycan və Ermənistan arasında münaqişə uzunmüddətli perspektivdə İslam Respublikası üçün təhlükə törədə bilər.
Bunu Trend-ə iranlı siyasətçi Həsən Şəriətmədari deyib.
Ekspert hesab edir ki, İran Azərbaycanı dəstəkləməlidir: "İran hər iki ölkənin qonşusu kimi münaqişənin nizamlanmasına və İranın təhlükəsizliyi üçün ciddi təhlükə törədə biləcək tam miqyaslı müharibənin başlamasının qarşısını almağa kömək edə bilər".