...

Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin dondurulması" prinsipini daha qəbul edə bilmərik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 17:19 (UTC +04:00)
Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Mark Hauptmann Qarabağda qoşunların təmas xəttində atəşkəş rejiminin pozulması ilə əlaqədar açıqlama ilə çıxış edib.
Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin dondurulması" prinsipini daha qəbul edə bilmərik

Bakı. Trend:

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Mark Hauptmann Qarabağda qoşunların təmas xəttində atəşkəş rejiminin pozulması ilə əlaqədar açıqlama ilə çıxış edib. Bu barədə Trend-ə Azərbaycan Avropa Cəmiyyətindən (TEAS) məlumat verilib.

M.Hauptmann qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfdən itkilərə gətirə biləcək hərbi yolla həll edilməsinə qarşıyıq. Biz məsələnin diplomatik yolla həllinə tərəfdarıq. Almaniyanın sədrliyi altında ATƏT çox mühüm rol oynayır və Almaniyanın da iştirak etdiyi Minsk qrupu diplomatik həll prosesində fəal iştirak etməlidir. Başlıca məqsəd atəşkəsə nail olmaqdır. Minsk qrupunun cəhdlərinin uzunmüddətli məqsədinə dair heç bir şübhə olmamalıdır. Söhbət Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinin Azərbaycana qaytarılmasından gedir. Bu məqsəd 1993-cü ildən bəri mövcuddur və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə (882, 853, 874, 884) təsdiq edilmişdir. Sülh və diplomatik həll yoluna dair Ermənistan və Rusiya tərəfindən "münaqişənin dondurulması və gözləmə mövqeyində olması" prinsipini daha qəbul edə bilmərik. Bu prinsip beynəlxalq birlik tərəfindən tənqid hədəfinə çevrilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti