...

Lavrov: Münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2016 01:38 (UTC +04:00)
Rusiya və Ermənistan xarici İşlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan cümə günü Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasını müzakirə ediblər.
Lavrov: Münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir

Bakı. Trend:

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan cümə günü Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasını müzakirə ediblər.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, rusiyalı nazir regionda güc tətbiqini qəbuledilməz olduğunu deyib.

O həmçinin deyib ki, Rusiya vəziyyətin kəskinləşməsinin əvvəlindən atəşkəs üzrə səylər göstərib. Onun sözlərinə görə, münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir. Lavrov atəşkəs haqqında razılaşmaya əməl olunmasının, bu vür vəziyyətin təkrarlanmamasının və danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etdirilməsi üçün müvafiq şəraitin yaradılmasının vaciblini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti