...

Qənirə Paşayeva Avropa komissarını Ermənistanın cinayətlərinə münasibət bildirməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2016 18:37 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ilk iş günündə Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks rəhbərlik etdiyi qurumun 2015-ci il üçün fəaliyyəti haqqında Assambleya qarşısında hesabatla çıxış edib.
Qənirə Paşayeva Avropa komissarını Ermənistanın cinayətlərinə münasibət bildirməyə çağırıb

Bakı. Trend:

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ilk iş günündə Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks rəhbərlik etdiyi qurumun 2015-ci il üçün fəaliyyəti haqqında Assambleya qarşısında hesabatla çıxış edib.

Trend-in məlumatına görə, daha sonra komissar Assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva komissara sualla müraciət edib: "Bizim AŞ PA-dakı nümayəndə heyətimiz Ermənistanın ön cəbhə bölgələrində mülki Azərbaycan vətəndaşlarına qarşı təxribatları ilə bağlı sizə müraciət göndərib. Ön cəbhədə baş verən son hadisələr zamanı Azərbaycan beynəlxalq hüquq normalarına, beynəlxalq humanitar normalara tamamilə əməl edərək həlak olanların cəsədlərinin dəyişdirilməsinə əməl etdi. Amma biz Azərbaycana geri verilən Azərbaycan əsgər və hərbçilərinin cəsədlərinə qarşı Ermənistan tərəfindən həyata keçirilən qeyri-insani əməlləri, cinayətləri gördükdə şoka düşdük. Bizim əlimizdə Ermənistanın həyata keçirdiyi bu qeyri-insani əməlləri, cinayətləri sübut edən çoxlu fotolar var. Sizin insan haqları komissarı kimi Ermənistan silahlı qüvvələrinin bu cinayətlərinə münasibətinizi bilmək istərdik".

N.Mujnieks bildirib: "Dağlıq Qarabağ münaqişəsinə və sizin qeyd etdiyiniz insan hüquqlarının pozulmasına gəldikdə, mən də bundan çox narahatam. Münaqişə baş verdikdə, alovlandıqda insan itkiləri olur, insan hüquqları pozulur və mən bu münaqişədə insan itkilərinə çox üzgünəm. Mən bütün tərəfləri gərginliyə son qoymağa, zorakılıqdan əl çəkməyə və Beynəlxalq Qırmızı Xaç Komissiyası ilə yaxından əməkdaşlığa etməyə və humanitar hüquqa əməl etməyə çağırıram. Burada təbii ki, bizim diqqətimizi çəkən başqa bir məsələ də itkin düşmüş insanlardır. Vaxt uzandıqca bu məsələləri də araşdırmaq bir o qədər çətin olur. Çünkü vaxt getdikcə bu məsələlərdə şahidləri tapmaq çətinləşir. Düzdür, dediyiniz kimi, qeyd etdiyiniz məsələlər haqqında mənə müraciətlər daxil olub, bu, çox ciddi məsələlərdir və mənim üçün də bu barədə şərh vermək olduqca çətindir. Çünki bu münaqişələr zamanı yerlərdə çox az beynəlxalq müşahidəçi fəaliyyət göstərib. Bununla belə, sizin narahatlığınızı çox yaxşı anlayıram və bu məsələləri diqqətdə saxlamaq üçün bütün tərəflərlə təmaslarımı saxlamaqdayam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti