...

Dağlıq Qarabağ münaqişəsi İndoneziya mediasının gündəmində

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2016 09:28 (UTC +04:00)

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi ilə problemlər İndoneziya mediasında işıqlandırılıb.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, aprelin 24-də İndoneziyanın ən nüfuzlu ingilis dilli nəşrlərindən biri olan "The Jakarta Post" qəzetinin mövqe bölməsində dərc edilmiş Kent Universitetinin Brüsseldəki akademik tədqiqatçısı Aleksandra Krstiçin müəllifi olduğu "Qafqaz növbəti Suriya? ATƏT-i unutmayaq" adlı məqalədə Ermənistan ilə Azərbaycan arasında münaqişədən, cari ilin mart ayının sonunda aprel ayının əvvəlində baş vermiş son gərginlikdən və bununla bağlı ATƏT-in rolundan bəhs edilir.

Məqalədə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunulur, onun münaqişənin həllində mandatı olan ən münasib beynəlxalq qurum olduğuna baxmayaraq, 20 ildən artıq aparılmış danışıqların nəticə vermədiyi qeyd olunur və bunun səbəbinə aydınlıq gətirməyə çalışılır.

ATƏT Minsk Qrupunun mandatının 1994-cü ildə Budapeşt Sammitinin sənədinə əsaslandığı bildirilir və bu sənədin mandata silahlı münaqişəyə son qoyulması üçün siyasi razılaşmanın əldə olunmasına dair intensiv danışıqlar aparmaq tapşırığı verdiyi qeyd olunur. Bunun icrası da münaqişənin əsas nəticələrinin aradan qaldırılmasına və Minsk Konfransının çağırılmasına imkan verir. Həmin Budapeşt Sammitində üzv-dövlətlərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqliyi bir daha təsdiq edilmişdir və buna görə də həmsədrlər danışıqlar prosesində ATƏT prinsipləri və mandatı rəhbər tutmalı, ATƏT sədrliyinə və Daimi Şurasına hesabat verməlidirlər.

Lakin son hadisələr göstərdi ki, Minsk Qrupu həll prosesindən kənara addım atmışdır. Buna səbəb odur ki, illər boyu Minsk Qrupu daxil olmaqla ATƏT üzvlərinin rolu Minsk Qrupu həmsədrlərinə formal dəstək verməsi ilə məhdudlaşmışdır. Bu da tədricən münaqişənin həlli prosesini münaqişənin saxlanılması fəaliyyətlərinə çevirmiş, həmsədrlərin mandatdan kənar fəaliyyətinə, o cümlədən münaqişənin həqiqi və əhatəli həllinə töhfə vermək istəyən digər beynəlxalq təşkilatların işinə qarışmağa gətirib çıxartmışdır. Buna paralel olaraq, bəzi ATƏT üzv-dövlətlərin və regional qruplaşmaların münaqişənin həlli prinsiplərinə seçimli yanaşmaları da müşahidə olunurdu.

Beləliklə, təşkilat Yekun Helsinki Aktı qismində Avropa təhlükəsizlik strukturunun ən fundamental prinsipləri arasında balans və qarşılıqlı həlqəsinə səhlənkarlıq ucbatından nəzarəti itirdi.

Daha sonra məqalədə ərazi bütövlüyü, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı gücdən istifadə etməmə, insanların öz müqəddəratını müəyyən etmə prinsipləri arasında münasibət və iyerarxiyasından söhbət açılır və prinsiplərin könüllü (özbaşına) interpretasiyasının Helsinki Dekaloqunun və onun Yekun Aktının hərf və ruhu ilə birbaşa ziddiyyət təşkil etdiyi qeyd olunur. Məqalə qeyd edir ki, həmin Aktın 10 prinsiplərindən əsas 7-sində vurğulandığı kimi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə və ərazi bütövlüyünə tam hörmət edilməli, zorla sərhədlər dəyişilməməli, öz müqəddəratını müəyyən etmə prinsipi birtərəfli formada tətbiq olmamalı və ərazilər güclə zəbt edilməməlidir.

Təəssüflər olsun ki, yuxarıda qeyd olunan razılaşdırılmış prinsiplərdən kənara çıxılması Ermənistana Azərbaycana qarşı ərazi iddialarına bəraət qazandırmaq və status-kvonu möhkəmləndirmək üçün kart-blanş verdi, həmçinin nizamlanma prosesinin erməni tərəfinin şıltaqlıqlarından asılı olmasına gətirib çıxartdı.

Əgər hələ tamamilə təhlükəli qonşuluqla əhatə olunmamış Avropa öz sərhədlərində ikinci Suriya istəmirsə, onda nizamlanma prosesində böyük irəliləyiş lazımdır. Son illərdə ATƏT münaqişənin həllində güclü təşəbbüslərini dayandırdı. Münaqişənin müzakirəsi ATƏT-də tabuya çevrilmişdi.

Müəllif münaqişənin həlli prosesinə qayıtmaq üçün Minsk Qrupunun problemin konstruktiv həllini istəyən üzv ölkələri ilə canlanması zərurətini qeyd edir. Həm Ermənistanın, həm də Azərbaycanın status-kvodan çıxıb irəliləmək cəhdlərinə işarə etdikləri vurğulanır ki, bu da son 20 ildə BMT və ATƏT-in verdiyi bütün bəyanatlara uyğundur. Əlbəttə, belə dondurulma status-kvosundan ən yaxşı çıxış yolu isə hərbi faktorun aradan qaldırılmasıdır. Təəssüf ki, Dağlıq Qarabağ və ətrafdakı regionda qalmış yalnız hərbi faktor Ermənistan qoşunlarının mövcudluğudur ki, bu da şübhəsiz orada yaşayan erməni icmasına uzunmüddətli baxımdan xidmət etmir. Əgər Ermənistan hökuməti ciddidirsə, onda öz qoşunlarını çıxarmalıdır. Bu halda həmin ərazilərdəki insanlar özlərini ən azı daha təhlükəsiz hiss edər, kütləvi miqrasiya dalğası dayandırılar və insanlar gələcəyini planlaşdıra bilər.

Nəhayət, hazırda işğal altında olan ərazilərin Azərbaycanın siyasi, hüquqi, sosial və iqtisadi sisteminə dinc, intizamlı və balanslaşdırılmış re-inteqrasiyası onları onsuzda məğlub olduqları demoqrafik qarşıdurmadan qoruyar.

Bu ATƏT-in vasitəçilik səylərinin münasibliyinə təkan vermək üçün ən yaxşı yoldur. Onda ATƏT məkanı nəzərdə tutulduğu kimi təhlükəsizlik və sabitlik məkanı olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti