...

Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamda 76 evə ziyan dəyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2016 13:34 (UTC +04:00)
Son günlər ərzində ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın kəndlərində 76 evə ziyan dəyib.
Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamda 76 evə ziyan dəyib

Ağdam. Elçin Mehdiyev - Trend:

Son günlər ərzində ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın kəndlərində 76 evə ziyan dəyib.

Trend-in xüsusi müxbirinin Ağdamdan verdiyi məlumata görə, bunu jurnalistlərə Ağdam rayon icra başçısının müavini Ağa Zeynalov deyib.

İcra başçısının müavini qeyd edib ki, həmin evlərin 14-ü tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, son günlər ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini intensiv şəkildə pozurlar. Ermənilər əsasən, dinc əhalini hədəfə alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti