Bakı. Trend:
Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminə riayət etməsinə, etimadın möhkəmləndirilməsi üzrə mühüm tədbirlərin işə salınmasına və gələn ay hərtərəfli nizamlanmaya gətirib çıxara bilən danışıqlar prosesinə başlamasına dair öhdəliklər götürüblər.
Trend-in məlumatına görə, bunu ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi keçirilən brifinqdə bildirib.
Prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bu bölgədə yaşayan bütün insanlara fayda verə bilən tədbirlər görmək üçün siyasi iradə nümayiş etdirdilər.
"Birləşmiş Ştatlar öz tərəfindən onlara bu işdə kömək etməyə hazır olacaq", - deyə Kirbi bildirib.
Kirbi deyib ki, bu müsbət görüş və düzgün istiqamətdə atılmış addım idi.