...

NATO-dan Azərbaycan və Ermənistana çağırış

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2016 16:45 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və rtərəfləri sülh nizamlanması üzrə səyləri davam etdirməyə çağırır.
NATO-dan Azərbaycan və Ermənistana çağırış

Bakı. Anaxanım Hidayətova - Trend:

NATO Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və tərəfləri sülh yolu ilə nizamlanma üzrə səyləri davam etdirməyə çağırır. Bunu Trend-ə NATO-nun mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, münaqişələrin sülh yolu ilə nizamlanması NATO-nun və hərbi əməkdaşlıq proqramında iştirak edən bütün tərəfdaş dövlətlərin əsas məqsədidir.

Həmçinin qeyd olunub ki, Alyansın ATƏT-in Minsk qrupu çərçivəsində keçirilən danışıqlar prosesi ilə birbaşa əlaqəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti