...

Ermənilər Qarabağın əsl tarixi və mədəniyyətini təhrif edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2016 12:55 (UTC +04:00)
Qarabağ Azərbaycanın mədəni xəzinəsi və ürəyidir.
Ermənilər Qarabağın əsl tarixi və mədəniyyətini təhrif edirlər

Bakı. Anaxanım Hidayətova - Trend:

Qarabağ Azərbaycanın mədəni xəzinəsi və ürəyidir. Trend-in məlumatına görə, bu barədə ABŞ-dakı Qarabağ fondunun icraçı direktoru Diana Altman məqaləsində yazır.

O qeyd edir ki, hazırda Qarabağın əsl mədəniyyəti məhv edilib və qarət olunub: "Ermənilər ABŞ-dakı diasporanın aktiv fəaliyyəti sayəsində Qarabağ münaqişəsi ilə bağlı öz baxışlarını bütün dünyaya sırıyıblar".

D.Altman oxucularına UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınan Azərbaycan muğamı, son Şuşa xanının qızı, şairə Xurşidbanu Natəvanın fəaliyyəti, hazırda işğal altındakı Qarabağdan olan tanınmış bəstəkar Üzeyir Hacıbəyov barədə məlumat verir.

O hesab edir ki, mədəniyyət diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti