...

Rusiya və Ermənistanın XİN rəhbərləri Qarabağ məsələsi üzrə fikir mübadiləsi apara bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2016 16:19 (UTC +04:00)
Yerevanda Rusiya və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ məsələsi üzrə fikir mübadiləsi apara bilərlər.
Rusiya və Ermənistanın XİN rəhbərləri Qarabağ məsələsi üzrə fikir mübadiləsi apara bilər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Yerevanda Rusiya və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ məsələsi üzrə fikir mübadiləsi apara bilərlər. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu məsələyə dair xüsusi tədbir olmayacaq.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının XİN rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Yerevana gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti