...

Düşmən sakit oturmur - 21 dəfə atəşkəsi pozdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2016 10:05 (UTC +04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.
Düşmən sakit oturmur - 21 dəfə atəşkəsi pozdu

Bakı. Trend:

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, işğal altında olan Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan kəndləri yaxınlığında, həmçinin Göygöl, Tərtər, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti