...

Avstriya ATƏT ərazisindəki münaqişələrin həlli üzərində çalışacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2017 14:47 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

Avstriyanın ATƏT-ə sədrliyi müddətində əsas prioritetlərindən biri təşkilat ərazisində mövcud olan münaqişələrdə eskalasiyanın qarşısının alınması üçün təhlükəsizlik sahəsində kollektiv fəaliyyət olacaq.

Trend-in məlumatına görə, bunu Vyanada Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.

Nazir deyib: “ATƏT-ə sədrliyi müddətində Avstriyanın səyləri qarşılıqlı etimadın bərpa olunmasına yönələcək. Biz bütün ictimaiyyətə başlıca təhlükə olan radikallıq və terrora qarşı mübarizə aparacağıq”.

Qeyd edək ki, Avstriya 2017-ci ilin yanvarın 1-dən Almaniyadan ATƏT sədrliyini təhvil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti