Bakı. Anaxanım Hidayətova - Trend:
Silahlı münaqişələr bütün ATƏT ərazisində çoxlu dağıntılara və əzablara səbəb olub, bu münaqişələrin hərbi yolla həlli yoxdur.
Trend-in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.
Diplomat qeyd edib ki, bütün münaqişələr siyasi yolla həll olunmalıdır:
“Sədr ölkə qismində Avstriya ATƏT ərazisindəki münaqişələrin, o cümlədən Gürcüstanda, Dnestryanıda və Dağlıq Qarabağda münaqişələrin dinc yolla həll olunması üçün bütün səyləri dəstəkləyəcək”.