...

Vyetnamlı gənc: Xocalı soyqırımının təşkilatçılarından olan Sarkisyan prezident kürsüsü əvəzinə həbsxanada olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2017 14:52 (UTC +04:00)

Bakı. Trend:

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Azərbaycanın Vyetnamdakı səfirliyi vyetnamlı gənclər arasında “Xocalı Soyqırımı. 25 İllik Cəzasızlıq.” mövzusunda esse müsabiqəsi keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsabiqə vyetnamlı gənclər tərəfindən maraqla qarşılanıb və Vyetnamın müxtəlif bölgələrindən səfirliyə yüzdən artıq esse təqdim olunub.

Esse müsabiqəsinin qalibi birinci kurs tələbəsi Nguyen Thi Lan Phuong olub.
Nguyen Thi Lan Phuong essesində Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisində Ermənistanın etnik təmizləmə siyasəti apardığını vurğulayıb. O, beynəlxalq hüquq normalarına istinad edərək Xocalı qətliamının məhz soyqırımı olduğunu bildirib. Nguyen Thi Lan Phuong qeyd edib ki, Xocalı soyqırımının təşkilatçılarından olan Serj Sarkisyan hazırda Prezident kürsüsündə əyləşməsi əvəzinə həbs olunmalıdır. O, Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın təsis olunmasını və soyqırımın törədilməsinə rəhbərlik edən şəxslərin hamısının məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Nguyen Thi Lan Phuong inşasında həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Xocalıya ədalət kampaniyasının fəaliyyəti haqqında məlumat verib. Thi Lan Phuong 20-ci əsrin ən dəhşətli müharibələrindən birini yaşamış vyetnamlıların Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının dəyərini çox yaxşı anladıqlarını qeyd edib. O Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasının, cinayətkarların cəzalandırılmasının və nəhayət sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti