Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sonsuz dəhliz” filminin nümayişində iştirak edib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva  “Sonsuz dəhliz” filminin nümayişində iştirak edib (FOTO)

Bakı. Trend:

Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin nümayişindən əvvəl Nizami Kino Mərkəzinin foyesində Xocalı faciəsi zamanı lentə alınmış şəkillərdən ibarət fotosərgi ilə tanış olub.

Filmin nümayişində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və digər qurumların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məlumat verildi ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılıb. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.

Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək, öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqavimət nümayiş etdirməyə, qırğından sağ çıxmış xocalılılar ilə həmrəylik ifadə etməyə və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlib.

Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən “Sonsuz dəhliz” filmində Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. Nümayişdən əvvəl filmin rejissoru Aleksandras Brokas, jurnalist Riçardas Lapaitis və Xocalı soyqırımının şahidi Valeh Hüseynov çıxış ediblər.

Aleksandras Brokas deyib: “Şeytanın ayaq açıb oynaması üçün yeganə lazım olan bir şey varsa, o da yaxşı insanların süst oturması idi. Ola bilsin, bu, yeganə səbəbdir ki, biz 7 il əvvəl vaxt və təzadları düşünmədən sonu görünməyən yola çıxdıq. Mən bizə etimad göstərmiş, nəinki evlərinin, qəlblərinin də qapısını açmış insanlara təşəkkür edirəm. Yalnız onlar deyə bilərlər ki, insan gözləri qarşısında ailəsi qətlə yetiriləndə hansı hissləri keçirir. Onlar bilirlər ki, müharibə dustağı olmaq və ya işgəncə nədir. Onların adları çoxlarına məlum deyil: jurnalistlər Riçardas Lapaitis, Viktoriya İvleva, sağ qalmış Mehriban ana, musiqiçi və müəllim Valeh, bizim operator Seyidağa və həmçinin həmin qırğından sonra sağ qalmış gənc qız. Filmə onların və digər şahidlərin söylədikləri təqdim olunub. Fikrimizcə, bu sənədli filmi çəkdiyimiz zaman bundan artıq göz yaşı görmək mümkün deyildi. Ağrı, əzablar böyük idi. Lakin hər zaman kamera istiqamətlənir, işıqlar salınır və biz hər bir kadrda göz yaşları görürdük. Auditoriya inana bilmirdi ki, bu cür vəhşilik indiki dövrdə də mümkündür”.

“Sonsuz dəhliz” sənədli filminin indiyədək dünyada yarım milyarda yaxın insan tərəfindən izləndiyini deyən A.Brokas Leyla Əliyevaya və “Xocalıya ədalət!” kampaniyasına təşəkkürünü bildirdi. O dedi ki, bu film bir neçə xarici dilə tərcümə olunub. Film bu günədək “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra ölkələrdə, o cümlədən 60-dan artıq kinofestivalda nümayiş etdirilib, ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”na layiq görülüb, Madrid Tenerife Beynəlxalq Film Festivalı isə “Sonsuz dəhliz” filmini “Ən Yaxşı Sənədli Film” və Aleksandras Brokası “Ən Yaxşı Sənədli Film Rejissoru” nominasiyaları üzrə qalib elan edib. “Fərəhlənirik ki, sənədli filmə baxanlar Xocalı soyqırımından sağ çıxmış insanlarla həmrəylik ifadə ediblər. Bu, o deməkdir ki, Azərbaycan xalqı artıq tənha deyil. Filmin bütün beynəlxalq mükafatlarını Xocalı faciəsində və Qarabağ müharibəsində həlak olmuş insanlara ithaf edirik. Bütün bu yorulmaz fəaliyyət nəticəsində biz illər boyu çalışdıq və müşahidə etdik ki, Azərbaycan xalqı cəsur, sülhsevər, mehriban və müdrik xalqdır”, - deyə A.Brokas vurğulayıb.

Litvalı jurnalist Riçardas Lapaitis çıxış edərək deyib: “Azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının bu gün 25 illiyi tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın Xankəndidəki texnikası və şəxsi heyətinin köməyi ilə blokadada olan Xocalı şəhərinə hücum ediblər. Mən Litva Jurnalistlər İttifaqının üzvü kimi 1992-ci ildə erməni silahlı dəstələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri vəhşiliyin şahidi oldum. Ermənistan bu cinayəti inkar edir. Lakin müəyyən edilib ki, 1992-ci il fevralın 25-də saat 19.50-də Ermənistanın müdafiə naziri Dağlıq Qarabağ ərazisində yerləşən bütün hərbi birləşmələrə tam döyüş hazırlığı barədə əmr verib. Bu qanlı qırğına erməni millətçiləri əvvəlcədən hazırlaşmışdılar. Təkcə Qarabağ ermənilərindən deyil, Suriya, Yaxın Şərq, Fransa və digər yerlərdən cəlb olunmuş muzdlu döyüşçülərdən istifadə edilib və o zaman bu işdə Daşnaksütyun partiyası böyük rol oynayıb. Vurğulamaq istəyirəm ki, “sərbəst dəhliz” haqqında mif o zaman yaranmışdı. Xocalıda dinc əhaliyə qarşı vəhşilik törədən hər kəs, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan və başqaları hələ ki, öz vicdanları qarşısında cavab verirlər. Ümid edirəm ki, bir gün ədalət zəfər çalacaq və bu hadisəni törədənlər beynəlxalq tribunalda cavab verəcəklər. Çünki Xocalı sakinləri özgə ərazidə deyil, öz torpaqlarında, ata-baba yurdlarında qətlə yetiriliblər”.

Xocalı soyqırımının şahidi Valeh Hüseynov da ağrılı-acılı hisslərini bölüşərək deyib: “Sonsuz dəhliz” sənədli filmi Xocalı həqiqətlərini üzə çıxarıb. Həmin gecə mən də Xocalıda idim. O zaman yenicə ailə qurmuşdum. Topların, tankların, raketlərin qarşısında biz əliyalın idik. İnsanların bir hissəsi Xocalının küçələrində qırıldı, sağ qalanlar meşəyə qaçdılar. Səhərədək yol getdik. Mən həmin gecə meşədə həyat yoldaşımdan ayrı düşdüm. Mən onu tapanda artıq gec idi, onu öldürmüşdülər. Həmin gecə mən də əsir düşdüm. Erməni vəhşiliyi haqqında əvvəllər də eşitmişdim, lakin əsirlikdə bunun əyani şahidi oldum. Xocalı faciəsi haqqında günlərlə, aylarla danışa bilərəm. Orada olan hər bir epizod mənim yaddaşımdadır. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında gördüyü böyük işlərə görə Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Məhz “Xocalıya ədalət!” kampaniyası sayəsində bütün dünya Xocalı əhalisinin soyqırımına məruz qaldığı barədə daha ətraflı məlumat aldı. Bu soyqırımı ermənilərin təkcə azərbaycanlılara deyil, insanlığa qarşı cinayətidir. Arzu edirəm ki, torpaqlarımız sülh yolu ilə geri alınsın və sizi Qarabağda qarşılayaq”.

Sonra film nümayiş olundu.

Ekran əsərində Riçardas Lapaitis o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini və Dağlıq Qarabağ münaqişəsini iyirmi ildən sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “sonsuz dəhliz”də nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyir.

Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Amerika və Litva kinematoqrafçıları tərəfindən çəkilən “Sonsuz dəhliz” sənədli filminin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.

Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
Salyanda transformator yanıb
Salyanda transformator yanıb
Loading Bars
Xəbər lenti
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Bütün xəbərlər