...

Qaradağ ictimaiyyəti 2 yaşlı Zəhranın qətlilə bağlı aksiya keçirir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2017 14:15 (UTC +04:00)
Qaradağ rayon gəncləri Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın öldürülüməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırlar.
Qaradağ ictimaiyyəti 2 yaşlı Zəhranın qətlilə bağlı aksiya keçirir (FOTO)

Bakı. Trend:

Qaradağ rayon gəncləri Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın öldürülüməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırlar.

Trend-in məlumatına görə, iyulun 6-dan başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla bağlı aksiya keçirilir.

Aksiyada mülki əhalini, o cümlədən günahsız körpələri qətlə yetirən Ermənistanın cəzalandırılması və işğalçı dövlətin dinc əhaliyə qarşı yürütdüyü vandalizm siyasətini dayandırması tələbi ilə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinə müraciətlər göndərilir.

Aksiyada rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin nümayəndələri, tələbə gənclər təşkilatının üzvləri, idmançılar və digər rayon sakinləri iştirak edirlər. Hazırda aksiya davam etdirilir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti