...

ABŞ-ın Minsk qrupunun yeni həmsədri bu həftə regiona səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2017 15:14 (UTC +04:00)
Endryu Şefer bu həftə Yerevan və Bakıya səfər edəcək, vəziyyətlə tanışlıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.
ABŞ-ın Minsk qrupunun yeni həmsədri bu həftə regiona səfər edəcək

Bakı. Trend:

Birləşmiş Ştatların ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şefer bu həftə Yerevan və Bakıya səfər edəcək, vəziyyətlə tanışlıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bölgədə olduğu zaman E.Şefer Minsk qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Səfirliyin məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərlə fəal şəkildə işləyəcək. Münaqişə ədalətli şəkildə - Helsinki Yekun Aktı və güc tətbiqinin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını təyinetmə prinsiplərinin daxil olduğu beynəlxalq qanun əsasında həll olunmalıdır.

Xəbər lenti

Xəbər lenti